Yuxarı

Ali Rıza Alaboyun: "TANAP Türkiyənin istehlakçılarla tədarükçülər arasında oynadığı geostrateji rolun ən bariz nümunəsidir"

​Türkiyə prezidenti: Dünyanın enerji xəritəsi dəyişib, yeni oyunçular meydana çıxıb

Bakı. 19 noyabr. REPORT.AZ/ TANAP (Trans Anadolu Təbii Qaz Kəməri) Türkiyənin istehlakçılarla tədarükçülər arasında oynadığı geostrateji rolun ən bariz nümunədir.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin enerji və təbii ehtiyatlar naziri Ali Rıza Alaboyun Atlantik Şurasının Enerji və İqtisadi 7-ci Toplantısının açılışındakı çıxışında bildirib.

Onun sözlərinə görə, Türkiyənin enerjiyə tələbatı hər il 7 faiz artır: "Bu tələbatımızı ödəmək üçün 2023-cü ilədək enerji sahəsinə 125 milyard dollar məbləğində sərmayə yatırmağı planlaşdırırıq" .

Sammitdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan geniş məruzə ilə çıxış edib. O, İŞİD və başqa terror qruplaşmalarına qarşı mübarizədən, Avropanın enerji təminatında ölkəsinin və Azərbaycanın oynadığı önəmli rolu vurğulayıb.

O vurğulayıb ki, NABUCCO layihəsinin reallaşmamasına səbəb Avropanın onu maliyyələşdirməməsidir. Türkiyə lideri TANAP-ın tikintisini davam etdirdiklərini qeyd edərək, bu layihə vasitəsi ilə başqa alternativ mənbələrdən təbii qaz cəlb edəcəklərini bildirib.

O, dünyanın enerji təminatı ilə bağlı çətinliklərindən də danışıb: "Dünyanın enerji xəritəsi dəyişdiyini və yeni oyunçuların meydana çıxdığını görürük. Afrikada bir milyard yüz milyon insan enerji çatışmazlığı problemi ilə üz-üzədir. Buna qarşı reaksiya verməmək olarmı?!"

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi