Yuxarı

Albaniyada TAP-ın tikintisinə gələn il başlanılacaq

İcraçı direktor Yan Bredşounun sözlərinə görə, TAP-ın inşası işləri qaydası ilə gedir

Bakı. 29 oktyabr. REPORT.AZ/ Trans-Adriatik Boru Kəmərinin (TAP) Albaniya hissəsinin tikintisinə 2016-cı ildə başlanılacaq. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında TAP-ın icraçı direktoru Yan Bredşou (Ian Bradshaw) deyib.

İcraçı direktorun sözlərinə görə, TAP-ın inşası ilə bağlı bütün işlər öz qaydasında gedir: "Albaniyada TAP-ın inşası ilə bağlı torpaq məsələlərinin həll edilməsinə gələn ildən başlanılacaq. Deyildiyi kimi, 2017-2018-ci illərdə sahil bərkitmə işləri daha da genişləndiriləcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi