Albaniya Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Boru Kəmərindən (TAP) genişləndirmə çərçivəsində qaz almaq niyyətindədir.
"Report" xəbər verir ki, bunu Bakıda Albaniyanın İnfrastruktur və Energetika nazirinin müavini İlir Beyta bildirib.
"TAP-ın I mərhələsi çərçivəsində Albaniya Azərbaycan qazını almayacaq. Amma həcmlərin genişləndirilməsi ilə bağlı qərar verilərsə, Albaniya qaz almaq niyyətini müvafiq konsorsiuma bildirib", - İlir Beyta qeyd edib.
O vurğuladı ki, həmin vaxta ölkədə qaza olan illik tələbatın 1,2 mlrd kubmetr olacağı proqnozlaşdırılır.
Nazir müavini TAP-ın Albaniya ərazisində görülən işlərdən də danışaraq bildirib ki, artıq TAP-ın Albaniya hissəsində boru kəmərinin inşası yekunlaşıb: "Sualtı və quru seqmenti artıq başa çatıb. Kompressor stansiyasının inşası da yekunlaşıb. Albaniya ərazisində TAP-ın bəzi xırda işləri görülməlidir. Biz işlərin vaxtında yekunlaşması üçün əlimizdən gələni edirik".
Ölkədə qazpaylayıcı şəbəkənin yaradılmasına gəlincə o qeyd edib ki,
Xatırladaq ki, Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Adriatik Boru Kəməri ilə ilkin mərhələdə ilə hər il "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan 10 milyard kubmetr qazın Avropaya nəql olunacağı nəzərdə tutulur. Yunanıstanla Türkiyə sərhədindəki Kipoy kəndi yaxınlığında Trans Anadolu boru kəmərinə (TANAP) qoşulacaq TAP Yunanıstan, Albaniya ərazisindən keçərək Adriatik dənizinin dibi ilə İtaliyanın cənubunadək uzanacaq.
2013-cü il iyunun 28-də "Şahdəniz" konsorsiumu tərəfindən rəsmi olaraq seçildiyi açıqlanan TAP kəmərinin uzunluğu 878 kilometrdir. Bunun 550 kilometri Yunanıstan, 215 kilometri Albaniya ərazisinin, 105 kilometri Adriatik dənizi dibinin, 8 kilometri İtaliya ərazisinin payına düşür. Marşrutun Albaniya ərazisində yerləşən ən hündür nöqtəsi 1800 metr yüksəklikdə, dəniz dibindəki ən alçaq nöqtəsi 820 metr dəniz səviyyəsindən aşağıdır.
Təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanın Saloniki şəhərində keçirilən TAP vasitəsilə Avropaya Azərbaycandan ilk qazın 2020-ci ilin əvvəllərində nəql ediləcəyi gözlənilir.
TAP vasitəsilə Bolqarıstanın qaz ehtiyaclarının 33 faizi, Yunanıstanın 20 faizi, İtaliyanın 10,5 faizinə qədəri ödəniləcək.