Aİ ölkələri Rusiya neftinin maksimum qiyməti ilə bağlı təklif irəli sürüb

Aİ ölkələri Rusiya neftinin maksimum qiyməti ilə bağlı təklif irəli sürüb Avropa İttifaqının (Aİ) əksər ölkələri Rusiya neftinin maksimum qiymətinin 1 barel üçün 65-70 dollar səviyyəsində olması ilə razılaşır.
Energetika
24 Noyabr , 2022 11:25
Aİ ölkələri Rusiya neftinin maksimum qiyməti ilə bağlı təklif irəli sürüb

Avropa İttifaqının (Aİ) əksər ölkələri Rusiya neftinin maksimum qiymətinin 1 barel üçün 65-70 dollar səviyyəsində olması ilə razılaşır.

“Report” xəbər verir ki, bu barədə “Politico” qəzeti Aİ-nin adı açıqlanmayan diplomatları və rəsmilərinə istinadən məlumat yayıb.

Belə ki, Avropa Komissiyası qiymətin 1 barel üçün 65 dollar müəyyən edilməsini təklif edib, lakin Polşa və Baltikyanı ölkələr bunu çox yüksək hesab ediblər. Məsələn, Polşa 30 dollarlıq maksimum qiymətin tərəfdarıdır və o, həmçinin neft məsələsini Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə əlaqələndirmək istəyir. Dəniz daşımalarının inkişaf etdiyi Yunanıstan və Malta isə bunun azı 70 dollar olmasını təklif edir.

Amma nəşrin məlumatına əsasən, Aİ ölkələri uzun sürən müzakilərə baxmayaraq, maksimum qiymətlə bağlı razılığa gəlməyib.

Son xəbərlər

Orphus sistemi