Bolqarıstan, onun üçün müəyyən edilən müvəqqəti istisnadan istifadə edərək, Rusiya neftini Avropa İttifaqının (Aİ) müəyyən etdiyi qiymət həddindən yuxarı alır.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Deniel Şeridan Ferri bildirib.
“Bolqarıstan Avropa İttifaqının Rusiya neftinin idxalına tətbiq etdiyi ümumi qadağadan müvəqqəti istisnaya malikdir. Bu istisna vaxt baxımından məhduddur. Onun müddəti 2024-cü il dekabrın 31-də başa çatacaq”, - o əlavə edib.
Onun sözlərinə görə, bu, təchizat təhlükəsizliyini təmin etmək üçün verilib.
D.Ş.Ferri xatırladıb ki, Bolqarıstan birtərəfli qaydada bu istisnadan istifadə etməməyə qərar verə bilər.