Yuxarı

“Azərişıq” sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulmasını daha da asanlaşdırıb

© Report/ Firi Salim — “Azərişıq” ASC-nin rəsmisi Elsevər Rüstəmov

Bakı. 22 fevral. REPORT.AZ/ Prezident İlham Əliyevin ötən il dekabrın 25-də, “Sahibkarlara mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” fərmana etdiyi dəyişikliklərdən sonra sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması prosedurlarının sayı 2-yə, qoşulma müddəti isə 20 günə endirilib.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişaf Agentliyi ilə birlikdə sahibkarlarla keçirilən görüşdə “Azərişıq” ASC-nin Perspektiv inkişaf və “ASAN xidmət”lə iş idarəsinin rəhbəri Elsevər Rüstəmli deyib.

Onun sözlərinə görə, indi tələbatı 150 kilavata qədər olan obyektini elektrik şəbəkəsinə qoşdurmaq istəyən sahibkarın KOB evləri, “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərinə yaxınlaşması kifayətdir: “Mərkəzə yaxınlaşan kimi sahibkar sənədlərini təqdim edir və kVt-a uyğun olaraq ödənişini edib gedir. Dərhal elektron xəritə üzərindən obyektin yeri, ona ən yaxın məsafədə yerləşən güc mərkəzi təyin olunur və xəritədən çıxarış ASAN-portala yerləşdirir. Mərkəzin digər otağında qərarlaşan müvafiq qurumların nümayəndələrindən ibarət Texniki Şura üzvləri 10 gün müddətində xəttin trassasını, adiyyəti qurumlarla razılaşdırılmaları, texniki şərti və layihə sənədlərinin hazırlanmasını təşkil edir. Növbəti 10 gün müddətində isə Enerji Təchizat Müəssisəsi elektrik quraşdırma işlərini həyata keçirir, sayğac qoyulur, Texniki Şərt, Layihə, akt, müqavilə paketi ikinci prosedur olaraq sahibkara təqdim olunur. Beləliklə, birinci dəfə ASAN Xidmətə gələn sahibkarla, ikinci dəfə onun obyektində təmas qurulur. Bununla da sahibkarla iki təmas olmaqla cəmi 20 gün müddətinə onun obyektinə işıq verilir".

“Azərişıq” rəsmisi sahibkarlarla görüşmələrinin əsas məqsədinin onların qarşıdakı problemlərdən məlumatlı olmaq məqsədi daşıdığını qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi