Agentlik: Alternativ enerji sahəsinin inkişafında əsas çətinlik yüksək kredit faizləridir

Agentlik: Alternativ enerji sahəsinin inkişafında əsas çətinlik yüksək kredit faizləridir Bu barədə qurumun nümayəndəsi Rauf Qurbanov danışıb
Energetika
17 Noyabr , 2016 10:41
Agentlik: Alternativ enerji sahəsinin inkişafında əsas çətinlik yüksək kredit faizləridir

Bakı. 17 noyabr. REPORT.AZ/ Hazırda Azərbaycanın enerji bazarında alternativ enerjinin payı 1232 meqavattdır ki, bu da ümumi kütlənin 16%-i deməkdir. "Report" xəbər verir ki, bunu "Infrastructure, Power & Renewable Energy Investment Conference" adlı tədbirdə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (AREA) nümayəndəsi Rauf Qurbanov deyib.

Onun sözlərinə görə, bu həcmin 20%-ə çatdırılması nəzərdə tutulub: "Azərbaycanın çox böyük alternativ enerji potensialı var. Ölkəmizin ümumi potensialı 25300 meqavattdır ki, ondan da 62,8 mlrd. kilovatt/saat elektrik enerjisi almaq mümkündür".

AREA rəsmisi bu sahənin inkişafında mane olan səbəbi də açıqlayıb: "Əsas çətinlik ayrılan kreditlərin yüksək faizlə verilməsidir".

Son xəbərlər

Orphus sistemi