ADNSU ilə BP şirkəti arasında çərçivə sənədi imzalanıb

ADNSU ilə BP şirkəti arasında çərçivə sənədi imzalanıb Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə “BP Exploration Limited” şirkəti arasında çərçivə sənədi imzalanıb.
Energetika
2 İyun , 2022 11:46
ADNSU ilə BP şirkəti arasında çərçivə sənədi imzalanıb

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə “BP Exploration Limited” şirkəti arasında çərçivə sənədi imzalanıb.

“Report”un məlumatına görə, sənəd Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransın ilk günündə imzalabıb.

Sənədə əsasən, şirkət və universitet arasında bərpa olunan enerji mənbələri üzrə ali təhsil proqramının həyata keçirilməsi ilə bağlı çərçivə sazişidir.

Müqaviləni BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və ADNSU-nun rektoru Mustafa Babanlı arasında imzalanıb.

Son xəbərlər

Orphus sistemi