AÇG-nin yeni platformasında FEED işlərini "SOCAR-KBR" həyata keçirəcək

AÇG-nin yeni platformasında FEED işlərini "SOCAR-KBR" həyata keçirəcək Bakı. 28 noyabr. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli (AÇG) yataqlarının işlənməsi üzrə yenilənmiş müqavilədə inşası nəzərdə tutulan yeni platformanın FEED (Front End Engineering Design - İlkin Detallı Layihələndirmə) və detallı mühəndislik işlərini SOCAR-KBR birgə müəssisəsi həyata keçirəcək.
Energetika
28 Noyabr , 2017 12:52
AÇG-nin yeni platformasında FEED işlərini SOCAR-KBR həyata keçirəcək
"SOCAR-KBR" MMC-nin baş direktor müavini Orxan Cəfərov / Report/ Firi Salim

Bakı. 28 noyabr. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının işlənməsi üzrə yenilənmiş müqavilədə inşası nəzərdə tutulan yeni platformanın FEED (Front End Engineering Design - İlkin Detallı Layihələndirmə) və detallı mühəndislik işlərini "SOCAR-KBR" birgə müəssisəsi həyata keçirəcək.

"Report" xəbər verir ki, bu barədə "SOCAR-KBR" MMC-nin baş direktor müavini Orxan Cəfərov bildirib.

Onun sözlərinə görə, "Mərkəzi-Şərqi Azəri" platformasında görüləcək işlər üçün müqavilə imzalanıb.

O.Cəfərov qeyd edib ki, şirkətin son əldə etdiyi layihə isə "Abşeron" yatağının işlənməsi layihəsi üzrə "Neft Daşları"nda yerləşəcək üst modullar üçün FEED müqaviləsidir: "Bundan başqa, "SOCAR-KBR" "Azərikimya" İB və Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidənqurma və modernizasiyası layihəsi ürzə PMC (Project Management Consulting - Layihə idarəçiliyi üzrə məsləhətçi) podratçısıdır. Zavodda modernizasiya işlərinin 2021-ci ilə başa çatması gözlənilir".

O əlavə edib ki, gələn il şirkətdə çalışan yerli mühəndislərin sayı 200 nəfərə çatacaq.

Bu il sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb. Saziş oktyabrın 31-də Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunub.

Yeni platformadan ilk neft hasilatına, təxminən, 2023-cü ildə başlanacaq.

Qeyd edək ki, baş ofisi ABŞ-ın Texas ştatının Hyuston şəhərində yerləşən KBR şirkəti mühəndislik, təchizat, tikinti və müxtəlif xidmətlər üzrə dünyanın aparıcı qurumlarından biridir. Şirkət 1993-cü ildən Azərbaycanda mühəndislik xidmətləri üzrə ilk beynəlxalq podratçı kimi fəaliyyətə başlayıb və həmin vaxtdan etibarən “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” kimi irimiqyaslı layihələrdə xidmət göstərib. SOCAR və KBR şirkətləri tərəfindən yaradılmış “SOCAR-KBR” birgə müəssisəsi geoloji kəşfiyyat və hasilat, neftin emalı, saxlanılması və nəqli, neft və neft məhsullarının təkrar emalı və satışı üzrə layihələrin icrasında mühəndislik (texniki-layihələndirmə), tikinti və idarəetmə xidmətləri üzrə ixtisaslaşıb.

Son xəbərlər

Orphus sistemi