"AÇG" layihəsi üzrə indiyədək 428 mln. ton neft hasil olunub

"AÇG" layihəsi üzrə indiyədək 428 mln. ton neft hasil olunub İndiyədək "AÇG" layihəsinə 42 mlrd. dollar sərməyə yatırılıb
Energetika
1 İyun , 2017 11:37
AÇG layihəsi üzrə indiyədək 428 mln. ton neft hasil olunub
Report.az

Bakı. 1 iyun. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsindən ("AÇG" layihəsi, "Əsrin Müqaviləsi") işlənmənin əvvəlindən indiyədək 428,4 mln. ton neft və 133 mlrd. kubmetr qaz hasil edilib.

“Report” xəbər verir ki, bu barədə Bakıda keçirilən Beynəlxalq Xəzər neft-qaz konfransında çıxışında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, indiyədək "AÇG" layihəsinə 42 mlrd. dollardan çox həcmində sərmayə qoyulub və əməliyyat xərci çəkilib.

Xatırladaq ki, "AÇG" yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. "AÇG" layihəsində BP (operator – 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "Inpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "Itochu" (4,3%), "ONGC Videsh Ltd." (OVL, 2,7%) şirkətləri iştirak edir.

Son xəbərlər

Orphus sistemi