"Abşeronneft" ilk yarımillikdə min ton neft hasil edib

"Abşeronneft" ilk yarımillikdə min ton neft hasil edib Quyularda həyata keçirilmiş 111 əsaslı təmir əlavə olaraq 7,5 min ton neft hasil edilib
Energetika
15 İyul , 2015 13:35
Abşeronneft ilk yarımillikdə  min ton neft hasil edib

Bakı. 15 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsi 2015-ci ilin birinci yarısında 163,332 min ton neft hasil edərək proqnoza 108,7% əməl edib. "Report"un SOCAR-ın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrünə nisbətən 8,7% çoxdur.

Bundan başqa, İdarə cari ilin yanvar-iyun ayları ərzində 23,057 mln. kubmetr qaz hasil edərək tapşırığı 104,9% yerinə yetirib. Həmin dövrdə 28 quyu təmir olunub, fəaliyyətsiz fonddan istismara daxil edilib ki, bu quyulardan da 3,2 min ton əlavə neft alınıb.

Qazmadan alınmış 18 quyudan isə 7,9 min ton neft hasil olunub. Hasilatın stabilləşdirilməsi məqsədilə həyata keçirilmiş 69 geoloji tədbir nəticəsində 5,7 min ton neft, 566 texniki tədbir nəticəsində isə 2,9 min ton əlavə neft hasil edilib.

Quyularda həyata keçirilmiş 111 əsaslı təmir əlavə olaraq 7,5 min ton neftin hasilatına səbəb olub.

İdarənin ətrafında, Pirallahı qəsəbəsinin digər ərazilərində Abşeron yarımadasının iqlim şəraitinə uyğun ümumilikdə 2 200 ədəd gül kolu əkilib, qəsəbə yolları təmizlənib. NQÇİ tərəfindən 1 235 metr neft kollektoru, 345 metr qaz xətti, 785 metr atqı xətti, həmçinin 17 ədəd su və 63 ədəd neft nasosu da təmir edilib.

Son xəbərlər

Orphus sistemi