​“Abşeronneft” NQÇİ-də yeni paylayıcı qurğular istismara verilib

​“Abşeronneft” NQÇİ-də yeni paylayıcı qurğular istismara verilib Şimal estakadasında köhnə paylayıcı qurğular yeniləri ilə əvəz olunub
Energetika
15 İyul , 2016 17:16
​“Abşeronneft” NQÇİ-də yeni paylayıcı qurğular istismara verilib

Bakı. 15 iyul. REPORT.AZ/“Azneft” İstehsalat Birliyinin “Abşeronneft” neft və qazçıxarma idarəsində (NQÇİ) istismar müddəti başa çatan elektrik paylayıcı qurğuların, transformator məntəqələrinin yenilənməsi -müasir tipli avadanlıqlarla təchiz edilməsi prosesi yekunlaşmaq üzrədir.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, görülmüş işlər çərçivəsində “Abşeronneft” NQÇİ-nin “Darvin bankası” yatağında sutkalıq neft hasilatı 450 ton olan 12 ədəd stasionar dəniz özülünün elektrik təchizatını təmin edən Şimal estakadasında köhnə paylayıcı qurğular yeniləri ilə əvəz olunub. Yeni paylayıcı qurğular enerjinin kompensasiyası, elektrik verilişi xətlərindəki itkilərin qarşısının alınması üçün xüsusi bəsləmə yuvası, eləcə də kondesator qurğuları, ötürücü xətlərin elektrik mühafizəsini təmin edən müasir tipli rele mühafizə cihazları, enerji analizatorları, universal elektrik enerji sayğacları ilə təchiz olunub. Yeni qurğuların istismarında daxili və xarici işıqlandırma sistemli müasir tipli akumulyatordan istifadə edilib. Əməliyyat cərəyanının sabit, fasiləsiz təminatı məqsədi ilə qurğuda aşağı gərginlikli akumulyatorlu qida blokları quraşdırılıb.

“Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihələndirdiyi 6 ədəd yeni paylayıcı qurğunun ikisi “Neftqaztikinti” tresti tərəfindən tam gücü ilə istifadəyə verilib, dörd qurğunun isə binaları tikilib, müasir tipli elektrik avadanlıqları tam olaraq quraşdırılıb. Yaxın müddətdə sınaq-sazlama işləri yerinə yetirildikdən sonra həmin qurğuların da istismara verilməsi nəzərdə tutulur. 

Son xəbərlər

Orphus sistemi