"Abşeronneft" indiyədək 53,5 mln. ton neft hasil edib

"Abşeronneft" indiyədək 53,5 mln. ton neft hasil edib Bakı. 7 noyabr. REPORT.AZ/ SOCAR-ın Azneft İstehsalat Birliyinin Abşeronneft Neft-Qaz Çıxarma İdarəsi tərəfindən indiyədək  53,522 mln. ton neft hasil edilib.
Energetika
7 Noyabr , 2017 12:27
Abşeronneft indiyədək 53,5 mln. ton neft hasil edib

Bakı. 7 noyabr. REPORT.AZ/ SOCAR-ın "Azneft" İstehsalat Birliyinin "Abşeronneft" Neft-Qaz Çıxarma İdarəsi tərəfindən indiyədək  53,522 mln. ton neft hasil edilib.

"Report" "xəbər verir ki, bunu "Abşeronneft"in rəisi Şahmar Hüseynov bildirib.

"İdarənin kollektivi qarşısında duran əsas tapşırıqlardan biri neft hasilatının artırılmasıdır ki, buna da aparılacaq qazma işləri, geoloji və texniki tədbirlərin hesabına nail olunacaq. 1952-ci ildə "Abşeronneft" NQÇİ-nin neft hasilatı rekord səviyyəyə - 1,5 mln. tona çatıb. 1952-ci ildən sonra illik neft hasilatı düşməyə başlayıb və 1997-ci ildə 138 min ton olub. Sonrakı illərdə hasilat demək olar ki, sabit saxlanılıb. 2010-cu ildən hasilatın dinamikasında artım müşahidə olunub. 2013-cü ildən başlayaraq hər il plandan əlavə 40 min ton neft hasil edərək təhvil verməklə illik hasilat 400 min tona çatdırılıb", - idarə rəisi qeyd edib.

Xatırladaq ki, “Abşeronneft” NQÇİ-nin əsası 1936-cı ildə qoyulub. İdarə Pirallahı adasında yerləşir. “Abşeronneft” NQÇİ “Pirallahı adası”, “Darvin bankası”, “Abşeron bankası”, “Gürgan-dəniz”, “Qərbi Abşeron” yataqlarını istismar edir.

Son xəbərlər

Orphus sistemi