Abşeronda traktor qaz xəttini zədələdi

Abşeronda traktor qaz xəttini zədələdi Qaz sızmasının qarşısını almaq üçün bir qrup abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb
Energetika
11 Dekabr , 2020 18:47
Abşeronda traktor qaz xəttini zədələdi

Dekabrın 11-də axşam saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Cantəpə massivi adlanan ərazinin M.Ə.Sabir küçəsində traktor ilə diametri 108 mm olan qaz xəttini vuraraq qırıblar.

Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

"Azəriqaz" İstehsalat Birliyinin Bakı Regional Qaz İstismarı Departamentinin məlumatına görə, qəza zamanı müşahidə edilən qaz sızmasının qarşısını almaq üçün bir qrup abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Qaz təchizatının bərpası məqsədilə müvafiq işlərin görülməsinə başlanılıb.

Son xəbərlər

Orphus sistemi