“Abşeron” yatağından 2020-ci ilin III rübündə hasilata başlanılması gözlənilir

“Abşeron” yatağından 2020-ci ilin III rübündə hasilata başlanılması gözlənilir Xəzərin Azərbaycan sektorunda yerləşən Abşeron qaz-kondensat yatağında qaz hasilatının 2020-ci ilin III rübündə başlanılması planlaşdırılır.
Energetika
9 Aprel , 2019 13:26
“Abşeron” yatağından 2020-ci ilin III rübündə hasilata başlanılması gözlənilir

Xəzərin Azərbaycan sektorunda yerləşən "Abşeron" qaz-kondensat yatağında qaz hasilatının 2020-ci ilin III rübündə başlanılması planlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə Almaniya-Azərbaycan Xarici Ticarət Palatasınıın xüsusi nəşri olan “Market Analysis Azerbaijan 2019”u ("Bazarın təhlili Azərbaycan-2019") jurnalında qeyd edilib.

Yatağın işlənməsinin I mərhələsində ildə 1,5 mlrd. kubmetr qaz, 700 min ton kondensat hasilatı nəzərdə tutulur.

"Abşeron" yatağından 2022-2023-cu illərdə isə illik hasilatın ən azı 4 mlrd. kubmetrə qədər artacağı gözlənilir.

Qeyd edək ki, "Abşeron" qaz-kondensat yatağı Xəzər dənizində, "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir. SOCAR-ın qiymətləndirmələrinə görə, yatağın potensial ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat təşkil edir.

Son xəbərlər

Orphus sistemi