ABŞ Rusiya neftinin qiymətinin daha da aşağı salınmasını müzakirə etməyi planlaşdırır

ABŞ Rusiya neftinin qiymətinin daha da aşağı salınmasını müzakirə etməyi planlaşdırır ABŞ tərəfdaşları və müttəfiqləri ilə Rusiya neftinə tətbiq olunan qiymət “tavan”ının daha da aşağı salınmasını müzakirə etməyi planlaşdırır.
Energetika
21 Dekabr , 2022 12:25
ABŞ Rusiya neftinin qiymətinin daha da aşağı salınmasını müzakirə etməyi planlaşdırır

ABŞ tərəfdaşları və müttəfiqləri ilə Rusiya neftinə tətbiq olunan qiymət “tavan”ının daha da aşağı salınmasını müzakirə etməyi planlaşdırır.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu ABŞ maliyyə nazirinin müavini Adeval Adeyemo deyib.

Onun sözlərinə görə, Rusiyanın neft satışından əldə etdiyi gəlirlər azalmağa başlayıb, lakin yanacaq istehsalının tempi dəyişməz qalıb.

A.Adeyemo "tavanın" tətbiqi təşəbbüsünü dəstəkləyən ölkələrin daha sərt tədbirləri müzakirə etmək ehtimalının mümkün olduğunu, həmçinin ABŞ-ın Rusiya Federasiyasına iqtisadi təzyiqlərini davam etdirəcəyini vurğulayıb.

Daha əvvəl bildirilmişdi ki, Aİ-nin embarqosu və “tavan” qiymətinin tətbiqi fonunda dekabrın ilk 20 günü ərzində Rusiyadan neft ixracı 11% azalıb. Hazırda neftin bir bareli üçün 60 ABŞ dolları səviyyəsində müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi