ABŞ neft hasilatı ilə bağlı proqnozunu azaldıb

ABŞ neft hasilatı ilə bağlı proqnozunu azaldıb ABŞ Energetika Nazirliyi bu il üçün ölkədə orta neft hasilatı proqnozunu noyabr ayı ilə müqayisədə aşağı salıb.
Energetika
9 Dekabr , 2020 13:12
ABŞ neft hasilatı ilə bağlı proqnozunu azaldıb

ABŞ Energetika Nazirliyi bu il üçün ölkədə orta neft hasilatı proqnozunu noyabr ayı ilə müqayisədə aşağı salıb.

“Report” xəbər verir ki, bunu nazirliyin Energetika İnformasiya İdarəsinin (EIA) aylıq qısamüddətli proqnozundan görmək olar.

Belə ki, hasilatın sutkalıq 5 min barel azalacağı 11,34 milyona çatacağı proqnozlaşdırılır, 2021-ci il üçün proqnoz isə elə sutkada 11,1 milyon barel səviyyəsində saxlanılıb.

Xatırladaq ki, noyabrda nazirlik 2020-ci il üçün neft hasilatı ilə bağlı proqnozunu azaldıb və 2021-ci il üçün proqnozu artırıb. Ötən il ölkədə neft hasilatı gündə orta hesabla 12,25 milyon barel təşkil edib.

Son xəbərlər

Orphus sistemi