Yuxarı
    Bağlamaq

    ABŞ Meksika körfəzində neft hasilatını rekord həddə çatdırıb

    Yüksək neft qiymətləri şelf yataqlarından hasilatı rentabelli edir

    Bakı. 1 fevral. REPORT.AZ/ "Deepwater Horizon" platformasında baş verən qəzadan 6 il sonra Meksika körfəzinin ABŞ-a aid hissəsində neft hasilatı tarixi rekorda həddə yaxınlaşıb. 

    "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ-ın Energetika Nazirliyi Energetika İnformasiyaları Agentliyinin məlumatına əsasən, ötən ilin noyabr ayında ABŞ sularındakı qazma quyularında gündəlik neft hasilatı 1,68 mln. barelə çatıb. Bu isə 2010-cu ilin fevralından etibarən maksimal hədd sayılır.

    Agentlik bildirib ki, bu bölgədə hasilat 2013-cü ildən artmağa başlayıb. Son zamanlar neft qiymətlərinin sabitləşməsi isə 2009-cu ilin sentyabrında tarixi rekord səviyyəni ötməyə imkan yaradıb. Yaponiyanın "Mizuho Securities USA" investisiya şirkətinin Törəmə maliyyə alətləri ilə əməliyyatlar Departamentinin müdiri Bob Yoger hesab edir ki, neft qiymətlərinin artması, maya dəyəri yüksək olan şelf qazma əməliyyatlarını münasib edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi