ABŞ-ın neft ehtiyatları bir həftə ərzində 4,14 milyon barel artıb
Energetika
- 02 fevral, 2023
- 01:28
ABŞ-da kommersiya məqsədli neft ehtiyatları ötən həftə 4,14 milyon barel artaraq 452,69 milyon barelə çatıb.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.
Benzinin əmtəə ehtiyatları 2,58 milyon barel artaraq 234,6 milyon barel təşkil edib.
Kommersiya məqsədli distillat ehtiyatları 2,32 milyon barel artaraq 117,59 milyon barelə çatıb.
Maraqlıdır ki, ekspertlər neft ehtiyatlarının 1 milyon barel azalacağını, benzin ehtiyatlarının 2 milyon barel artacağını və distillat ehtiyatlarının isə 1,5 milyon barel azalacağını gözləyirdilər.
Son xəbərlər
01:03
"Yuventus" əlavə vaxtda "Milan"a məğlubiyyətdən xilas olub
Futbol00:28
İran Hörmüz boğazının tamamilə bağlandığını elan edib
Region00:00
Aİ ölkələri Çinlə rəqabət fonunda 300 min iş yerini itirə bilər
Digər ölkələr23:35
Foto
Tramp Ayın ABŞ-yə məxsus olduğunu iddia edib
Digər ölkələr23:13
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 14-ə çatıb - YENİLƏNİB
Digər ölkələr22:52
"Çelsi" London derbisində "Arsenal"a məğlub olub
Futbol22:28
Sabah Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
Energetika22:20
Türkiyənin voleybol millisi tarixində ikinci dəfə Avropa çempionu olub
Komanda22:07