ABŞ Dövlət Departamentinin təmsilçisi: "Enerji təchizatı marşrutlarının inkişafında maraqlıyıq və onları dəstəkləyirik"

ABŞ Dövlət Departamentinin təmsilçisi: "Enerji təchizatı marşrutlarının inkişafında maraqlıyıq və onları dəstəkləyirik" Bakı. 15 fevral. REPORT.AZ/ Son illər ABŞ regiondakı enerji layihələrində birbaşa iştirak etməsə də, daim bu layihələrə dəstək verib.
Energetika
15 Fevral , 2018 17:39
ABŞ Dövlət Departamentinin təmsilçisi: Enerji təchizatı marşrutlarının inkişafında maraqlıyıq və onları dəstəkləyirik
ABŞ Dövlət Departamentinin təmsilçisi Syu Saarnio / Report/ Firi Salim

Bakı. 15 fevral. REPORT.AZ/ "Son illər ABŞ regiondakı enerji layihələrində birbaşa iştirak etməsə də, daim bu layihələrə dəstək verib".

"Report" xəbər verir ki, bunu Cənub Qaz Dəhlizi Məşvərət Şurasının nazirlərinin 4-cü iclasından sonra keçirilən mətbuat konfransında ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Syu Saarnio deyib.

Onun sözlərinə görə, ölkəsi enerji təchizatı marşrutlarının inkişafında maraqlıdır və onları dəstəkləyir: "Avropa üçün təchizat marşrutlarının şaxələndirilməsi bizim üçün əhəmiyyətlidir. Həmçinin təhlükəsizlik məsələləri də bizim üçün əhəmiyyətlidir. Cənub Qaz Dəhlizi ilə bağlı müzakirələrdə məmnuniyyətlə iştirak etdik və düşünürəm ki, burada da təhlükəsizlik yüksək səviyyədə təmin ediləcək".

Son xəbərlər

Orphus sistemi