ABŞ-da neft hasilatı rekord səviyyəyə çatıb

ABŞ-da neft hasilatı rekord səviyyəyə çatıb Neft ehtiyatlarında azalma isə səngiyib
Energetika
25 Yanvar , 2018 10:15
ABŞ-da neft hasilatı rekord səviyyəyə çatıb

Bakı. 25 yanvar. REPORT.AZ/ ABŞ-da 13-19 yanvar həftəsində neft hasilatının həcmi rekord həddə yüksəlib, neft ehtiyatlarının həcmi isə növbəti dəfə azalıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyinin (EİA) həftəlik hesabatında bildirilir. 

Hesabata əsasən, ölkədə neft hasilatı 128 min barel və yaxud 1,31% artaraq 9,878 mln. barel/günə çatıb, neft ehtiyatları isə 1,071 mln. barel və yaxud 0,26% azalaraq 411,6 mln. barelə düşüb. Halbuki analitiklər ehtiyatların 2 mln. barel azalacağını ehtimal edirdilər. Xatırladaq ki, neft ehtiyatları bundan əvvəlki həftə 6,861 mln. barel azalma nümayiş etdirib. 

Bununla yanaşı, ABŞ-ın benzin ehtiyatlarında artım müşahidə olunub. Analitiklər benzin ehtiyatlarının 2,2 mln. barel artacağını ehtimal etsələr də, ehtiyatlar 3,098 mln barel və yaxud 1,29% artaraq 244 mln. barelə çatıb. Bundan əvvəlki həftə ərzində isə benzin ehtiyatları 3,62 mln. barel artıb. 

"Report"un analitik qrupu bildirir ki, neftin qiyməti yüksək səviyyədə qalmağa davam edəcək. 2018-ci ilin ilk rübündə "Brent" markalı neftin qiymətinin 55-73 dollar/barel olması gözlənilir.

Son xəbərlər

Orphus sistemi