ABŞ-da neft ehtiyatlarının azalması qiymətləri yüksəltdi

ABŞ-da neft ehtiyatlarının azalması qiymətləri yüksəltdi ABŞ-da neft ehtiyatlarının azalmasına dair Amerika Neft İnstitutunun (API) məlumatı bazardakı qiymətlərin artmasına təkan verib
Energetika
7 Aprel , 2021 10:52
ABŞ-da neft ehtiyatlarının azalması qiymətləri yüksəltdi

ABŞ-da neft ehtiyatlarının azalmasına dair Amerika Neft İnstitutunun (API) məlumatı bazardakı qiymətlərin artmasına təkan verib.

“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 8.45-ə olan vəziyyətə görə “Brent” markalı neftin iyun fyüçersləri 0,49 faiz bahalaşaraq 63,05 ABŞ dollarından, WTI markalı neftin may fyüçersləri də 0,47 faiz bahalaşaraq 59,61 dollardan satılıb.

Qeyd edək ki, API-nin məlumatına görə, ötən həftə ABŞ-dakı neft ehtiyatları 2,62 milyon barel azalıb. Daha əvvəlki ehtimala görə azalma 1,33 milyon barel güman olunurdu. Bu gün axşam hökumətin verəcəyi rəsmi açıqlamada 1,44 milyon barel azalmanın bildirəcəyi gözlənilir.

Bununla yanaşı, dünyada işgüzar fəaliyyətlərinin artmasına dair nikbin əhval-ruhiyyə, həmçinin risqli aktivlərə tələbatın artması da neftin bahalaşmasına təkan verib. Belə ki, bazar iştirakçıları statistik rəqəmlərə əsaslanaraq artıq bu il dünyada iqtisadi artımın sürətlənəcəyini güman edir.

“Hazırda müəyyən tarazlıq nöqtəsindəyik, bazar keçid vəziyyətindədir. Artımın davam etməsi üçün iqtisadiyyatın dirçəlməsi, enerjiyə tələbatın bundan sonra da artması zəruri şərtdir”, – “Confluence İnvestment Management”in icraçı vise-prezidenti Bill o’Qradi (Bill O’Grady) “Bloomberg”ə bildirib.

Son xəbərlər

Orphus sistemi