ABŞ-da neft ehtiyatlarının azalması xəbəri neftin bahalaşmasına səbəb olub

ABŞ-da neft ehtiyatlarının azalması xəbəri neftin bahalaşmasına səbəb olub Amerika Neft İnstitutu (API) ABŞ-da ehtiyatların azalması haqqında məlumat dərc etdikdən sonra dünya bazarlarında neftin qiyməti bahalaşmağa başlayıb
Energetika
23 İyun , 2021 09:54
ABŞ-da neft ehtiyatlarının azalması xəbəri neftin bahalaşmasına səbəb olub

Amerika Neft İnstitutu (API) ABŞ-da ehtiyatların azalması haqqında məlumat dərc etdikdən sonra dünya bazarlarında neftin qiyməti bahalaşmağa başlayıb.

Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:51-ə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 0,7% bahalaşaraq, 1 bareli 75,33 ABŞ dollarına satılıb. WTI neftinin avqust fyuçerslərinin qiyməti isə 0,55% artaraq, 1 bareli 73,27 dollar təşkil edib.

Daha əvvəl API 18 iyun tarixinədək olan həftə ərzində ABŞ-da kommersiya ehtiyatlarının 7,2 milyon barel azaldığı barədə məlumat vermişdi. Analitiklər ehtiyatların 3,6 milyon barel azalacağını güman edirdilər. ABŞ-ın Energetika Nazirliyi tərəfindən kommersiya ehtiyatları ilə bağlı bu gün açıqlanacaq rəsmi stastistikada 3,9 milyon barel azalmanın elan olunacağı gözlənilir.

Bazardakı vəziyyət də “qara qızıl”ın qiymətlərinə təsir göstərir. Dünya üzrə koronavirusa yoluxma templərinin tədricən aşağı düşməsi və hərəkət məhdudiyyətlərinin aradan qaldırılması ilə yanacağa olan tələbat da artır. Təklif isə olduğu səviyyədə qalmaqdadır. Analitiklər onun çatışmazlığından xəbər verirlər.

Son xəbərlər

Orphus sistemi