ABŞ-da ehtiyatların azalması fonunda neft bahalaşıb

ABŞ-da ehtiyatların azalması fonunda neft bahalaşıb API ABŞ-da ehtiyatların azalması, həmçinin qasırğa səbəbindən hasilatla bağlı itkilərin təkrar qiymətləndirilməsi haqqında məlumatı dərc etdikdən sonra dünya bazarlarında neftin qiyməti bahalaşıb.
Energetika
22 Sentyabr , 2021 11:02
ABŞ-da ehtiyatların azalması fonunda neft bahalaşıb

Amerika Neft İnstitutu (API) ABŞ-da ehtiyatların azalması, həmçinin qasırğa səbəbindən hasilatla bağlı itkilərin təkrar qiymətləndirilməsi haqqında məlumatı dərc etdikdən sonra dünya bazarlarında neftin qiyməti bahalaşıb.

“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə 08.58-ə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin noyabr fyuçersləri 1,04% bahalaşaraq, 1 bareli 75,13 ABŞ dollarına satılıb. WTI neftinin noyabr fyuçerslərinin qiyməti də 1,15% bahalaşaraq, 1 bareli 71,3 ABŞ dolları təşkil edib.

API-nin məlumatına əsasən, sentyabrın 17-dək olan həftə ərzində ABŞ-da “qara qızıl” ehtiyatı 6,1 milyon barel azalıb. Analitiklər isə azalmanın 2,4 milyon barel olacağını güman edirdilər.

ABŞ-ın Energetika Nazirliyi ölkənin neft ehtiyatları ilə bağlı rəsmi statistikanı bu gün açıqlayacaq.

Son xəbərlər

Orphus sistemi