“Petkim” şirkətinin gəlirləri 9 ayda təxminən 1,7 milyard ABŞ dolları təşkil edib

Energetika
  • 07 noyabr, 2024
  • 13:44
“Petkim” şirkətinin gəlirləri 9 ayda təxminən 1,7 milyard ABŞ dolları təşkil edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı olan “Petkim” neft-kimya kompleksinin bu ilin yanvar-sentyabr aylarında xalis zərəri 2,745 milyon ABŞ dolları təşkil edib, halbuki 2023-cü ilin eyni dövründə bu göstərici 278,92 milyon ABŞ dolları olub.

“Report” bu barədə “Petkim Petrokimya Holding”in 2024-cü ilin 9 ayı üzrə maliyyə hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, “Petkim”in gəlirləri 1,668 milyard ABŞ dolları (- 7,6 %), satışların maya dəyəri 1,688 milyard ABŞ dolları (- 10,2 %), ümumi zərəri 19,723 milyon ABŞ dolları (- 3,8 dəfə) təşkil edib.

Hesabat dövründə “Petkim”in əsas əməliyyat zərəri 114,5 milyon ABŞ dolları (- 30,9 %), vergiyəqədərki zərəri 71,652 milyon ABŞ dolları (- 2,7 dəfə) təşkil edib.

Bu ilin yanvar-sentyabr aylarında təxirə salınmış mənfəət vergisi 68,9 milyon ABŞ dolları olub ki, nəticədə 9 ayın yekunları üzrə holdinqin xalis mənfəəti 2,745 milyon ABŞ dolları təşkil edib.

Sentyabrın 30-na “Petkim”in aktivləri 3,47 milyard ABŞ dolları (31 dekabr 2023-cü il tarixinə olan göstəricidən 8,6 % az) təşkil edib. Bununla yanaşı, qısamüddətli aktivlər 697,5 milyon ABŞ dolları (13,5 % az), uzunmüddətli aktivlər 2,773 milyard ABŞ dolları (7,3 % az) məbləğində olub.

Holdinqin bu ilin sentyabr ayının sonuna olan öhdəlikləri 1,652 milyard ABŞ dolları (6,1 % az), kapitalı 1,817 milyard ABŞ dolları (10,8 % az) məbləğində qiymətləndirilir. Eyni zamanda, “Petkim”in nizamnamə kapitalı 73,975 milyon ABŞ dolları (dəyişməyib) təşkil edir.

Qeyd edək ki, “SOCAR Turkey Enerji” şirkəti “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin sahibidir. Əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir.

Son xəbərlər

Bütün Xəbər Lenti