Azərbaycanda elektrik enerjisinə tələbat 586 milyon kVt/saat çoxalıb

Azərbaycanda elektrik enerjisinə tələbat 586 milyon kVt/saat çoxalıb Ötən ilin birinci yarım ili ilə müqayisədə istehsal da, ixrac da artırılıb
Energetika
3 İyul , 2019 12:09
Azərbaycanda elektrik enerjisinə tələbat 586 milyon kVt/saat çoxalıb

2019-cu ilin birinci yarım ili ərzində “Azərenerji” ASC tərəfindən xarici dövlətlərə 648 mln. kVt/s elektrik enerjisi ixrac edilib ki, bu da ötən ilin birinci yarım ili ilə müqayisədə 24 mln. kVt/s çoxdur. Bu barədə “Report”a qurumun media mərkəzinin rəhbəri Teymur Abdullayev məlumat verib.

Məlumata görə, ötən ilin birinci yarım ili ilə müqayisədə elektrik enerjisinin istehsalı da artırılıb. Belə ki,  birinci yarım il ərzində 11,544 mlrd. kVt/s elektrik enerjisi istehsal edilib. Bu isə ötən ilin birinci yarım ili ilə müqayisədə 521 mln.kVt/s çoxdur.

“Ən əsası isə 2018-ci ilin birinci yarım ili ilə müqayisədə 2019-cu ilin birinci yarım ili ərzində elektrik enerjisinə tələbat da 586 mln. kVt/s artıb. Göstərilən 6 ay ərzində yüzlərlə - çoxmərtəbəli binalar, sahibkarlıq obyektləri, sənaye məhəllələri, aqroparklar, zavodlar, fabriklər, bir sözlə iqtisadiyyatın, sənayenin o cümlədən əhalinin artan tempinə uyğun olaraq istehlak çoxalıb. “Azərişıq” ASC-nin məlumatına görə, vətəndaşlarının sayı 10 milyonu keçən Azərbaycanda təkcə 2019-cu ilin birinci yarım ilində “ASAN xidmət” və elektron qaydada 12 mindən artıq əhali və qeyri əhali abonent elektrik şəbəkəsinə qoşulub. Təkcə 2019-cu ilin yarım ili və ya 181 günü ərzində tələbatın bü səviyyədə artımı sözsüz ki, yeni generasiya güclərinin yaradılmasını, elektrik stansiyalarında “itirilmiş” güclərin bərpa edilməsini və ən əsası isə enerjisistemin etibarlılığı və dayanıqlığını daha müasir üsullarla təmin etməyi zəruri edir”,-deyə T.Abdullayev əlavə edib.

T.Abdullayev əlavə edib ki, bu məqsədlə ötən ilin sonuncu rübündən başlayaraq “Azərenerji” tərəfindən “Reabilitasiya Proqramı”na start verilib və ölkədəki 12 elektrik stansiyası, 17 yarımstansiyada 100-dən artıq təyinat üzrə yenidənqurma, təmir və bərpa işləri aparılır: "35 elektrik stansiyası və 150 yarımstansiyanı əhatə edəcək SCADA Dispetçer İdarəetmə Sistemi yenidən qurulur, Azərbaycan enerji sistemində qəza rejimlərinin məhdudlaşdırılması və tam ləğvini mümkün etmək üçün mikroprosessor texnikasının tətbiqi, həmçinin modernləşdirilməsi ilə yeni əks qəza avtomatika kompleksləri yerinə yetirilir".

Son xəbərlər

Orphus sistemi