Azərbaycan 2026-cı ilə qədər avtobenzinlərin istehsalını 18 % artıracaq

Energetika
  • 08 noyabr, 2021
  • 06:29
Azərbaycan 2026-cı ilə qədər avtobenzinlərin istehsalını 18 % artıracaq

2022-ci ildə Azərbaycanda 1 milyon 238,6 min ton avtomobil benzinlərinin istehsal edilməsi nəzərdə tutulur.

"Report"un xəbərinə görə, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, 2023-cü ildə isə 1 milyon 346,6 min ton avtomobil benzinlərinin istehsal edilməsi proqnozlaşdırılır. Bu, 2022-ci ilin göstəriciləri ilə müqayisədə 8,7 % çoxdur.

2024-cü ildə isə 1 milyon 460,7 min ton neft məhsulunun istehsal edilməsi proqnozlaşdırılır ki, bu da 2023-cü ilin proqnozu ilə müqayisədə 8,5 % çoxdur.

2025-ci ildə də 1 milyon 463 min ton neft məhsulunun istehsal edilməsi proqnozlaşdırılır ki, bu 2024-cü ilin göstəricisi ilə müqayisədə 0,16 % çoxdur. 2022-ci ilin yekunlarının proqnozu ilə müqayisədə isə 2025-ci ildə ölkədə avtomobil benzinlərinin istehsalı proqnozu 18,1 % artacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir.

Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır. Qrafikə əsasən NEZ-də "Avro-5" tələblərinə cavab verən dizel yanacağı istehsalına başlanılması 2022-ci ilin ortalarına nəzərdə tutulur. Sonrakı mərhələdə yeni qurğuların ard-arda istismara verilməsi ilə istehsal olunan benzinin də keyfiyyətinin tədricən artırılması və 2023-cü ildə “Avro-5” standartına çatdırılması planlaşdırılır. Moderinizasiya və yenidənqurma işləri paytaxtın ekoloji mühitinin yaxşılaşdırılmasına da mühüm töhfə verəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti