2021-ci ilədək STAR-ın neft və neft məhsullarını saxlama gücü 2,5 mln. kubmetrə çatdırılacaq

2021-ci ilədək STAR-ın neft və neft məhsullarını saxlama gücü 2,5 mln. kubmetrə çatdırılacaq Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İzmirdə (Türkiyə) yerləşən STAR neft emalı zavodunun neft və neft məhsullarını saxlama gücünün artırılması üçün işlər 2020-ci ilin sonuna tam yekunlaşacaq.
Energetika
22 Aprel , 2019 17:44
2021-ci ilədək STAR-ın neft və neft məhsullarını saxlama gücü 2,5 mln. kubmetrə çatdırılacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İzmirdə (Türkiyə) yerləşən STAR neft emalı zavodunun neft və neft məhsullarını saxlama gücünün artırılması üçün işlər 2020-ci ilin sonuna tam yekunlaşacaq.

"Report" xəbər verir ki, bu barədə Bakıda “STAR Rafineri”nin baş direktoru Məsut İlter jurnalistlərə bildirib.

O xatırladıb ki, hazırda STAR-ın neft və neft məhsullarını saxlama gücü 1,6 mln. kubmetr təşkil edir.

"Bu həcmin 2,5 mln. kubmetrə qədər artımı nəzərdə tutulur. Həcmlərin artırılması üçün işlər görülür və bu ilin iyul ayında işlərin bir qismi yekunlaşdırılacaq. Tam olaraq isə işlərin 2020-ci ilin sonuna yekunlaşması gözlənilir", - deyə o, əlavə edib.

Son xəbərlər

Orphus sistemi