Yuxarı

2019-cu ildə SOCAR 151min metrə yaxın qazma işləri həyata keçirib

​2019-cu ildə SOCAR 151min metrə yaxın qazma işləri həyata keçirib

2019-cu ərzində ölkə üzrə 291 min metr, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə 151 min metrə yaxın qazma işləri həyata keçirilib.

“Report” SOCAR-ın ötən il üzrə hesabatına əsasən xəbər verir ki, daha əvvəlki ilin göstəriciləri ilə müqayisədə SOCAR qazma işlərini 9 min metr və ya 5,6% az həyata keçirib.

2019-cu ildə SOCAR və “Total” şirkətlərinin birgə layihəsi çərçivəsində “Abşeron” yatağında SOCAR-ın Heydər Əliyev adına yarımdalma qurğusu ilə 7 411 metr dərinliyinə Azərbaycanın qazma uzunluğuna görə ən dərin quyusu qazılıb.

Qeyd edək ki, “Abşeron” yatağının işlənməsi gələcəkdə qaz hasilatının artırılması üçün ən mühüm layihələrdən biridir. Yataqda hasilatın 2021-ci ildə başlanılması, çıxarılacaq qaz həcmlərinin ilk növbədə daxili bazarın tələbatına yönləndirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, 2018-ci ildə SOCAR tərəfindən, əməliyyat şirkətləri və birgə müəssisələr istisna olmaqla, 160 min metrdən artıq qazma işi həyata keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi