Yuxarı
    Bağlamaq

    Ziyad Səmədzadə: "Cəmiyyətdə AMEA haqqında xoşagəlməz fikirlər səsləndirilir"

    Akademik: Cəmiyyət bunları eşitsə, akademiyaya olan yanaşma dəyişər, ona diqqət artar
    © Report/ Firi Salim — Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə

    Bakı. 14 fevral. REPORT.AZ/ "Azərbaycan Milli Elmlər Akademiyası haqqında cəmiyyətdə xoşagəlməyən fikirlər səsləndirilir".

    "Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə AMEA-nın Rəyasət Heyətinin bugünkü iclasında deyib.

    O, belə fikirlərin aradan qaldırılması üçün təkliflə çıxış edib: "Bunun düzgün olmadığını göstərmək üçün AMEA-nın bölmələri ictimaiyyətlə görüşlər keçirsin. İnstitutların gördükləri işlər çoxdur. Onlar haqqında saatlarla danışmaq olar. Cəmiyyət bunları eşitsə, akademiyaya olan yanaşma dəyişər, ona diqqət artar".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi