Ziyad Səmədzadə: "Cəmiyyətdə AMEA haqqında xoşagəlməz fikirlər səsləndirilir"

Ziyad Səmədzadə: "Cəmiyyətdə AMEA haqqında xoşagəlməz fikirlər səsləndirilir" Akademik: "Cəmiyyət bunları eşitsə, akademiyaya olan yanaşma dəyişər, ona diqqət artar"
Elm və təhsil
14 Fevral , 2018 16:54
Ziyad Səmədzadə: Cəmiyyətdə AMEA haqqında xoşagəlməz fikirlər səsləndirilir
Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə / Report/ Firi Salim

Bakı. 14 fevral. REPORT.AZ/ "Azərbaycan Milli Elmlər Akademiyası haqqında cəmiyyətdə xoşagəlməyən fikirlər səsləndirilir".

"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə AMEA-nın Rəyasət Heyətinin bugünkü iclasında deyib.

O, belə fikirlərin aradan qaldırılması üçün təkliflə çıxış edib: "Bunun düzgün olmadığını göstərmək üçün AMEA-nın bölmələri ictimaiyyətlə görüşlər keçirsin. İnstitutların gördükləri işlər çoxdur. Onlar haqqında saatlarla danışmaq olar. Cəmiyyət bunları eşitsə, akademiyaya olan yanaşma dəyişər, ona diqqət artar".

Son xəbərlər

Orphus sistemi