Yuxarı
    Bağlamaq

    Windows Azərbaycan dilində vindos yazılacaq

    Bakı. 12 yanvar. REPORT.AZ/ “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsində mənbə dildə w samitli alınma sözlərin Azərbaycan dilində v ilə yazılması təklif olunur.

    "Report” xəbər verir ki, yeni qaydalar təsdiq olunarsa, həmin sözlər veb-sayt (mənbə dildə: web site), Vilyam (William), vindos (windows), vörd (word) və s. yazılacaq.

    Qeyd edək ki, “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsini Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və  AMEA Nəsimi adına Dilçilik İnstitutu hazırlayıb. Layihə Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixində keçirilən iclasında müzakirə olunub və çap üçün tövsiyə edilib.

    Layihə təsdiq olunması üçün Nazirlər Kabinetinə göndəriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi