Windows Azərbaycan dilində vindos yazılacaq

Windows Azərbaycan dilində vindos yazılacaq Bakı. 12 yanvar. REPORT.AZ/ “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsində mənbə dildə w samitli alınma sözlərin Azərbaycan dilində v ilə yazılması təklif olunur.
Elm və təhsil
12 Yanvar , 2018 12:12
Windows Azərbaycan dilində vindos yazılacaq

Bakı. 12 yanvar. REPORT.AZ/ “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsində mənbə dildə w samitli alınma sözlərin Azərbaycan dilində v ilə yazılması təklif olunur.

"Report” xəbər verir ki, yeni qaydalar təsdiq olunarsa, həmin sözlər veb-sayt (mənbə dildə: web site), Vilyam (William), vindos (windows), vörd (word) və s. yazılacaq.

Qeyd edək ki, “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsini Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və  AMEA Nəsimi adına Dilçilik İnstitutu hazırlayıb. Layihə Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixində keçirilən iclasında müzakirə olunub və çap üçün tövsiyə edilib.

Layihə təsdiq olunması üçün Nazirlər Kabinetinə göndəriləcək.

Son xəbərlər

Orphus sistemi