Yuxarı
    Bağlamaq

    TQDK-da Apelyasiya Komissiyası yaradılıb

    Komissiyaya rezidenturaya qəbul imtahanının I mərhələsində iştirak edən namizədlər müraciət edə bilər

    Bakı. 16 mart. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Apelyasiya Komissiyası yaradılıb. TQDK-dan "Report"a verilən məlumata görə, Komissiya 2015/2016-cı tədris ili üçün baza ali tibb təhsili əsasında rezidentura səviyyəsinə qəbul imtahanının martın 15-də keçirilən I mərhələsi ilə (baza fənləri üzrə) əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün təşkil olunub.

    Apelyasiya komissiyası Bakı şəhəri Abdulvahab Salamzadə küçəsi 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir. Namizədlər Apelyasiya Komissiyasına 16-18 mart tarixlərində saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi