Yuxarı
    Bağlamaq

    Təhsil naziri qəbul imtahanlarının gələcəkdə ödənişli əsaslarla aparılması təklifinə münasibət bildirib

    Mikayıl Cabbarov: “Bunun abituriyentlər hesabına olub-olmaması sual doğurur”

    Bakı. 14 iyul. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin qəbul imtahanlarının gələcəkdə ödənişli əsaslarla aparılması ilə bağlı təklifinə münasibət bildirib.

    "Report"un məlumatına görə, nazir jurnalistlərə deyib ki, bu məsələ əvvəlcə geniş şəkildə müzakirə olunmalıdır: "Burada bir neçə məsələ var. Birincisi bundan ibarətdir ki, DİM müstəqil və yeni yaradılan qurum, publik hüquqi şəxsdir. Təbii ki, onun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri imkanlar olmalıdır. Eyni zamanda, həmin mərkəzin göstərdiyi xidmətlərin hər hansı bir şəkildə maliyyələşdirilməsi məsələsi qoyulur. Lakin burada başqa bir məsələ təhsilalanlar üçün xidmətlərin sifarişçisi kimi dövlətin çıxış etməsidir. Ona görə də həmin xidmətlərin ödənişinin kim tərəfindən həyata keçirilməsi sual yaradır. Bu, dövlət büdcəsindən, yoxsa başqa mənbələrdən maliyyələşəcək? Ona görə də düşünürəm ki, bu məsələ geniş şəkildə müzakirə olunacaq".

    M.Cabbarov qeyd edib ki, nazirliyə bu barədə müraciət olunduqdan sonra rəsmi mövqe bildiriləcək: "Mənim baxışım ondan ibarətdir ki, DİM-in fəaliyyətinin təmin edilməsi üçün zəruri imkanlar olmalıdır. Lakin bunun hansı dərəcədə, buraxılış imtahanlarından sonra qəbul imtahanları verən abituriyentlər hesabına olunub-olunmaması sual doğurur. Çünki bu, təhsilə çıxış və əlçatanlıq məsələsidir. Hesab edirəm ki, burada müvafiq qurumun buna dair müraciəti olduğu təqdirdə hökumətin qərarı olacaq. Lakin indi buna müzakirəsi başa çatıb qərar verilən məsələ kimi baxmamalıyıq. Əminəm ki, bu məsələnin həllini həmkarım Məleykə Abbaszadə və digərləri ilə işləyərək birgə tapacağıq".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi