Təhsil naziri Şamaxı şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Şamaxı şəhərində vətəndaşları qəbul edəcək Qəbulda Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayon sakinləri iştirak edəcək
Elm və təhsil
1 May , 2017 14:51
Təhsil naziri Şamaxı şəhərində vətəndaşları qəbul edəcək
Mikayıl Cabbarov / Report

Bakı. 1 may. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov Şamaxı şəhərində vətəndaşları qəbul edəcək

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Nazir mayın 8-də, saat 10:00-da Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayon sakinlərini qəbul edəcək. Qəbulda Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar 1-4 may 2017-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Son xəbərlər

Orphus sistemi