Yuxarı
    Bağlamaq

    Təhsil naziri dünya çempionatının qalibləri ilə görüşüb

    Dinlə
    © edu.gov.az

    Bakı. 14 may. REPORT.AZ/ Təhsil naziri Ceyhun Bayramov Albaniyanın Durres şəhərində keçirilən şahmat üzrə məktəblilərin dünya çempionatında uğurlu nəticə göstərən məktəbli şahmatçılarla görüşüb.

    Nazirlikdən "Report"a verilən məlumata görə, nazir çempionatın qızıl medalçısı Murad İbrahimlini, gümüş medalçıları Aytac Heydərovanı, Yusif Kərimlini və bürünc medalçısı İsmayıl Süleymanlını əldə etdikləri nailiyyətlər münasibəti ilə təbrik edib, bu uğurların davamlı olacağına əminliyini bildirib.

    Görüşdə dünya çempionatının qaliblərinə Təhsil Nazirliyi tərəfindən "Təşəkkürnamə" və qiymətli hədiyyələr təqdim edilib.

    Görüşün sonunda xatirə fotosu çəkilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi