Təhsil naziri dünya çempionatının qalibləri ilə görüşüb

Təhsil naziri dünya çempionatının qalibləri ilə görüşüb Bakı. 14 may. REPORT.AZ/ Təhsil naziri Ceyhun Bayramov Albaniyanın Durres şəhərində keçirilən şahmat üzrə məktəblilərin dünya çempionatında uğurlu nəticə göstərən məktəbli şahmatçılarla görüşüb.
Elm və təhsil
14 May , 2018 17:23
Təhsil naziri dünya çempionatının qalibləri ilə görüşüb
edu.gov.az
0 : 00
0 : 00

Bakı. 14 may. REPORT.AZ/ Təhsil naziri Ceyhun Bayramov Albaniyanın Durres şəhərində keçirilən şahmat üzrə məktəblilərin dünya çempionatında uğurlu nəticə göstərən məktəbli şahmatçılarla görüşüb.

Nazirlikdən "Report"a verilən məlumata görə, nazir çempionatın qızıl medalçısı Murad İbrahimlini, gümüş medalçıları Aytac Heydərovanı, Yusif Kərimlini və bürünc medalçısı İsmayıl Süleymanlını əldə etdikləri nailiyyətlər münasibəti ilə təbrik edib, bu uğurların davamlı olacağına əminliyini bildirib.

Görüşdə dünya çempionatının qaliblərinə Təhsil Nazirliyi tərəfindən "Təşəkkürnamə" və qiymətli hədiyyələr təqdim edilib.

Görüşün sonunda xatirə fotosu çəkilib.

Son xəbərlər

Orphus sistemi