Azərbaycan Respublikasının Tacikistandakı səfirliyinin dəstəyi ilə Tacikistan Respublikasında ədəbi-elmi və maarif yazılarının nəşr olunduğu ADAB jurnalının 2019-cu il üzrə növbəti buraxılışında böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin həyat və yaradıcılığı ilə bağlı məqalələr toplusu dərc edilib.
Tacikistan səfirliyindən "Report"a verilən məlumata görə, qeyd olunan buraxılışda Nürbəxşi Cahangirin "İmadəddin Nəsimi. Doğma yurddan didərgin düşmüş simurq quşu", AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik
Həmçinin klassik Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri olan İmadəddin Nəsiminin yaradıcılığına aid bəzi əsərlərdən parçalar jurnalda öz əksini tapıb.
Ölkəmizin mədəniyyətinin təbliğ olunması istiqamətində Azərbaycan Respublikasının Tacikistandakı səfirliyi tərəfindən Azərbaycanın görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığı haqqında Tacikistan dilində silsilə məqalələrin yayımlanması işi davam edir.