Tacikistan jurnalında Nəsiminin həyat və yaradıcılığına aid məqalələr toplusu dərc edilib

Tacikistan jurnalında Nəsiminin həyat və yaradıcılığına aid məqalələr toplusu dərc edilib Azərbaycan Respublikasının Tacikistandakı səfirliyinin dəstəyi ilə Tacikistan Respublikasında ədəbi-elmi və maarif yazılarının nəşr olunduğu ADAB jurnalının 2019-cu il üzrə növbəti buraxılışında böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin həyat və yaradıcılığı ilə bağlı məqalələr toplusu dərc edilib.
Elm və təhsil
17 Oktyabr , 2019 16:27
Tacikistan jurnalında Nəsiminin həyat və yaradıcılığına aid məqalələr toplusu dərc edilib

Azərbaycan Respublikasının Tacikistandakı səfirliyinin dəstəyi ilə Tacikistan Respublikasında ədəbi-elmi və maarif yazılarının nəşr olunduğu ADAB jurnalının 2019-cu il üzrə növbəti buraxılışında böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin həyat və yaradıcılığı ilə bağlı məqalələr toplusu dərc edilib.

Tacikistan səfirliyindən "Report"a verilən məlumata görə, qeyd olunan buraxılışda Nürbəxşi Cahangirin "İmadəddin Nəsimi. Doğma yurddan didərgin düşmüş simurq quşu", AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin "Cahana sığmayan şair", İsfəndiyarın "Günəşpərəstlik", Azərbaycanın xalq şairi Rəsul Rzanın İmadəddin Nəsimin 600 illiyi münasibəti ilə Nəsimiyə həsr etdiyi və "Sovet Tacikistanı" qəzetinin 15 iyun 1970-ci il buraxılışında dərc olunmuş "Nəsiminin bir beytinin hekayəsi", Azərbaycan Respublikasının Şərqşünaslıq İnstitutunun fəlsəfə doktoru Səadət Şıxıyevanın "Nəsiminin edamının siyasi faktorları", Tacikistan Respublikasının məşhur nəsimişünası Qurban Vosenin "Nəsimi və Divanı", ADAB jurnalının redaktoru Şodi Şokirzodanın "Tacikistanda İmadəddin Nəsimi əsərlərinin tədqiqi və nəşri" adlı məqalələri dərc olunub.

Həmçinin klassik Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri olan İmadəddin Nəsiminin yaradıcılığına aid bəzi əsərlərdən parçalar jurnalda öz əksini tapıb.

Ölkəmizin mədəniyyətinin təbliğ olunması istiqamətində Azərbaycan Respublikasının Tacikistandakı səfirliyi tərəfindən Azərbaycanın görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığı haqqında Tacikistan dilində silsilə məqalələrin yayımlanması işi davam edir.

Son xəbərlər

Orphus sistemi