Yuxarı
    Bağlamaq

    Qurban Yetirmişli: "Otman-Bozdağ vulkanı 5 ildən sonra püskürsəydi, ətrafdakı evlər palçıq altında qalardı"

    Dinlə
    AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli

    Tbilisi. 27 sentyabr. REPORT.AZ/ “Son günlər Azərbaycanda qeydə alınmış yeraltı təkanlar seysmoaktiv region üçün fon səviyyəsində olan xarakterik təkanlardır”.

    Bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

    Onun sözlərinə görə, bunlar xırda hiss olunmayan təkanlardır: “Zəlzələ həmişə var. Sadəcə, tektonik hərəkətlərin aktivləşmə və sükut mərhələsi olur”.

    Q.Yetirmişli həmçinin bu günlərdə Otman-Bozdağ palçıq vulkanında baş vermiş püskürmə ilə bağlı operativ araşdırmanın aparıldığını da bildirib: “Araşdırma zamanı püskürmənin hansı dərinlikdə baş verməsi, neçə dəqiqə davam etməsi, sonrakı fazaları, nə qədər enerjinin ayrılması, ocaqdakı arealı və digər parametrləri müəyyənləşib. Otman-Bozdağ palçıq vulkanı ən aktiv vulkanlardan biridir. Keçən il də bu vulkanda püskürmə baş verib. Onun hər il püskürməsi yaxşı haldır. Əgər 5 ildən sonra püskürsəydi, bəlkə də ətrafdakı evlər palçıq altında qalardı”.

    Mərkəzin baş direktoru Otman-Bozdağ palçıq vulkanının püskürmə səbəbini isə belə izah edib: "Bu, yerin daxilində baş verən hərəkətlər və sıxılmalarla bağlıdır. Palçıq vulkanları olan ərazilərin 99 faizi neft-qaz zonalarıdır. Yeraltı laylarda qazların yığılması da bununla bağlıdır. Bu vulkanların yaxınlığında yaşayış məntəqələrinin olmayacağı təqdirdə, böyük təhlükəsi ola bilməz”.

    Q.Yetirmişli vurğulayıb ki, aktiv vulkanların püskürmə ehtimalını öyrənmək üçün ötürücülər quraşdırılmalıdır. “Hazırda vulkanların göstəriciləri kənardan müəyyənləşdirilir. Vulkanlar ətrafında qısamüddətli ötürücülər qoyulsa, orada baş verən daxili sıxlıq, partlayış və digər bu kimi proseslərin monitorinqini həyata keçirmək mümkün olardı”. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi