Yuxarı
    Bağlamaq

    Professor Qara Mustafayevlə vida mərasimi keçirilib

    Dinlə

    Bakı. 8 oktyabr. REPORT.AZ/ Azərbaycanın məşhur alimi, biologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin (BDU) professoru Qara Mustafayevlə vida mərasimi keçirilib.

    "Report"un xəbərinə görə, alimlə keçirilən vida mərasimində elm və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    BDU-nun rektoru, akademik Abel Məhərrəmov, BDU-nun Biologiya fakültəsinin dekanı Akif Quliyev,  Zoologiya kafedrasının müdiri, professor Canbaxış Nəcəfov çıxış ediblər. Çıxışçılar Q.Mustafayevin alim kimi xidmətlərindən danışıb bu sahə üzrə 13 elmlər namizədi, 2 elmlər doktoru yetişdirdiyini bildiriblər.

    Vida mərasimində mərhumun ailə üzvləri adından çıxış edən oğlu Azər Mutafayev atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə minnətdarlığını bildirib.

    Qeyd edək ki, Qara Mustafayev bu gün 86 yaşında vəfat edib. Mərhum Azərbaycanın dövlət televiziyasında yayımlanan “Təbiəti sevənlər” verilişinin aparıcısı kimi məşhur idi. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi