Professor Qara Mustafayevlə vida mərasimi keçirilib

Professor Qara Mustafayevlə vida mərasimi keçirilib Bakı. 8 oktyabr. REPORT.AZ/ Azərbaycanın məşhur alimi, biologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin (BDU) professoru Qara Mustafayevlə vida mərasimi keçirilib.
Elm və təhsil
8 Oktyabr , 2018 15:08
Professor Qara Mustafayevlə vida mərasimi keçirilib
0 : 00
0 : 00

Bakı. 8 oktyabr. REPORT.AZ/ Azərbaycanın məşhur alimi, biologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin (BDU) professoru Qara Mustafayevlə vida mərasimi keçirilib.

"Report"un xəbərinə görə, alimlə keçirilən vida mərasimində elm və ictimaiyyət nümayəndələri iştirak ediblər.

BDU-nun rektoru, akademik Abel Məhərrəmov, BDU-nun Biologiya fakültəsinin dekanı Akif Quliyev,  Zoologiya kafedrasının müdiri, professor Canbaxış Nəcəfov çıxış ediblər. Çıxışçılar Q.Mustafayevin alim kimi xidmətlərindən danışıb bu sahə üzrə 13 elmlər namizədi, 2 elmlər doktoru yetişdirdiyini bildiriblər.

Vida mərasimində mərhumun ailə üzvləri adından çıxış edən oğlu Azər Mutafayev atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə minnətdarlığını bildirib.

Qeyd edək ki, Qara Mustafayev bu gün 86 yaşında vəfat edib. Mərhum Azərbaycanın dövlət televiziyasında yayımlanan “Təbiəti sevənlər” verilişinin aparıcısı kimi məşhur idi. 

Son xəbərlər

Orphus sistemi