Yuxarı
    Bağlamaq

    Professor Qara Mustafayev vəfat edib

    Bakı. 8 oktyabr. REPORT.AZ/ Azərbaycanın məşhur alimi, biologiya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin (BDU) "Onurğalılar zoologiyası və bioekologiya" kafedrasının müdiri Qara Mustafayev 86 yaşında vəfat edib.

    Bu barədə “Report”a BDU-dan məlumat verilib.

    Qeyd edək ki, Q.Mustafayev 25 dekabr 1931-ci ildə Kürdəmir rayonunda kolxozçu ailəsində anadan olub. 1954-cü ildə ADU-nun biologiya fakültəsini bioloq-zooloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1954-1957-ci illərdə aspiranturada təhsil alıb. 1958-ci ildə elmlər namizədi (1958) və elmlər doktoru (1985) alimlik dərəcələrini və sonra professor elmi adını alıb. 1958-1960-cı illərdə AMEA-nın Zoologiya İnstitutunda elmi işçi, 1960-cı ildən Bakı Dövlət Universitetinin Biologiya fakültəsində çalışıb.

    Elmdə və təhsildəki xidmətlərinə görə o 30-dan çox tərifnamə, medal, fəxri fərman, diplom və digər mükafat və qiymətli hədiyyələrlə təltif olunub, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının akademiki seçilib və "Şöhrət Ordeni"nə layiq görülüb.

    Xatırladaq ki, mərhum Azərbaycanın dövlət televiziyasında yayımlanan “Təbiəti sevənlər” verilişinin aparıcısı kimi məşhur idi. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi