Ölkə üzrə fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının sayı açıqlanıb

Ölkə üzrə fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının sayı açıqlanıb Bakı. 15 avqust. REPORT.AZ/ Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri və Abşeron, Yevlax, Samux rayonları üzrə ümumi təhsil məktəblərində fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının sayı açıqlanıb.
Elm və təhsil
15 Avqust , 2018 12:55
Ölkə üzrə fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının sayı açıqlanıb

Bakı. 15 avqust. REPORT.AZ/ Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri və Abşeron, Yevlax, Samux rayonları üzrə ümumi təhsil məktəblərində fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının sayı açıqlanıb.

"Report" xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva paytaxt üzrə 940, regionlar üzrə isə 630 məktəbəhazırlıq qruplarının olmasının proqnozlaşdırıldığını deyib.

Onun sözlərinə görə, ümumilikdə, 1570 qrupun olması gözlənilir: "Bu tədris ilində 41 minə yaxın uşağın elektron sistem vasitəsilə məktəbəhazırlıq qruplarına cəlb olunması nəzərdə tutulur".

Xatırladaq ki, ərizələrin onlayn qeydiyyatı avqustun 15-dən sentyabrın 25-dək həyata keçiriləcək.

Elektron ərizəsi qeydiyyata alınan şəxslər üçün sənədlərin məktəbə təqdim olunma müddəti 15 avqustdan 28 sentyabradək davam edəcək. Adıçəkilən rayonlarda yerləşən məcburi köçkün məktəbləri üzrə ərizələrin onlayn qeydiyyatı sentyabrın 1-dən 25-dək aparılacaq. Elektron ərizəsi qeydiyyata alınan şəxslər üçün sənədlərin məktəbə təqdim olunma müddəti sentyabrın 3-dən başlayacaq, sentyabrın 28-də başa çatacaq.

Qeyd edək ki, Azərbaycanda 2015-2016-cı tədris ilində məktəbəhazırlıq proqramı bütün 5 yaşında olan uşaqların 24, 2016-2017-ci dərs ilində 55, 2017-2018-ci tədris ilində 65 faizini əhatə edib. 2018-2019-cu dərs ilində həmin göstəricinin 75, 2019-2020-ci tədris ilində isə 90 faizə çatdırılması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi