Yuxarı
    Bağlamaq

    MDU-nun Asiya və Afrika ölkələri İnstitutunun prezidenti: "Azərbaycanla yaxşı əməkdaşlıq qurmuşuq"

    Mixail Meyer: Hazırda institutda çoxlu azərbaycanlı tələbə təhsil alır
    © Report

    Moskva. 18 iyul. REPORT.AZ/ Moskva Dövlət Universitetinin (MDU) Asiya və Afrika ölkələri İnstitutu (AAÖİ) Azərbaycanla yaxşı əməkdaşlıq qurub. 

    Bu barədə "Report"un Rusiya bürosuna AAÖİ fəxri prezidenti, tarix elmləri doktoru Mixail Meyer deyib.

    "Təəssüf ki, Cənubi Qafqaz ərazisində çoxsaylı münaqişələr region ölkələrində elmin inkişafına, elmi dairələr arasında təcrübə mübadiləsinə mane olur. Son vaxtlar əlaqələrin səviyyəsi yenidən yüksəlməyə başlayıb", - M.Meyer bildirib.

    O xatırladıb ki, AAÖİ-də Mərkəzi Asiya və Qafqaz ölkələrinin kafedrası açılıb və həmin kafedraya Azərbaycan dilində təhsil almaq üçün tələbə qəbulu həyata keçirilir.

    "Heydər Əliyev Fondu ilə əməkdaşlığımız çox yaxşıdır. Biz fonddan avadanlıq şəklində xeyli yardım aldıq və bunun sayəsində linqafon kabineti yarada bildik. Həmçinin yardım şəklində bizə müxtəlif ədəbiyyat verilib", - AAÖİ prezident bildirib. O əlavə edib ki, fondun vitse-prezidenti Leyla Əliyeva və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu instituta tez-tez gəlirlər.

    Onun sözlərinə görə, hazırda institutda rus dilini çox gözəl bilən çoxsaylı azərbaycanlı tələbə təhsil alır.

    "Həmçinin əks əlaqə var, biz Azərbaycana gəlirik ki, tələbələr türk və ona qohum olan Azərbaycan dilini praktikada tətbiq etsinlər. İlk belə təcrübə mən biləni hələ ötən əsrin 70-ci illərində olub. Yadımdadır, bizim institutumuza tanınmış şərqşünas Ziya Bünyadov gəlmişdi. O çox gözəl alim idi və özündən sonra zəngin irs qoyub. Bu gün mənim elmi yoldaşlarımdan biri şərqşünas-türkoloq Şahin Mustafayevdir. O, elmi işləri ilə tanınan maraqlı həmsöhbətdir", - M.Meyer bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi