İlin ən gənc startap layihəsi Bakı Ali Neft Məktəbinin tələbələrinin layihəsi olub

İlin ən gənc startap layihəsi Bakı Ali Neft Məktəbinin tələbələrinin layihəsi olub Bakı. 9 yanvar. REPORT.AZ/ İlin ən gənc startap layihəsi Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinin layihəsi olub.
Elm və təhsil
9 Yanvar , 2019 10:34
İlin ən gənc startap layihəsi Bakı Ali Neft Məktəbinin tələbələrinin layihəsi olub

Bakı. 9 yanvar. REPORT.AZ/ İlin ən gənc startap layihəsi Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinin layihəsi olub.

BANM-dən "Report"a verilən məlumata görə, məktəbin tələbələri İqtisadiyyat Nazirliyi tərəfindən keçirilmiş Azərbaycanda sənayenin və sahibkarlığın inkişafına həsr edilən tədbirdə iştirak ediblər. 

Tədbirdə Ali Məktəbin tələbələrinin müəllifi olduqları məşhur “ThermoNorth” layihəsi “İlin ən gənc startup layihəsi” elan edilib. Layihəni hazırlayan eyniadlı komandanın kapitanı, BANM-ın V kurs tələbəsi Elmar Əsgərzadə iqtisadiyyat naziri Şahin Mustafayev tərəfindən xüsusi plaketlə təltif olunub.

Qeyd edək ki, BANM-ın tələbələrinin müəllifləri olduqları “ThermoNorth” layihəsinin əsas məqsədi soyuq ölkələrdə maşın mühərrikini sərt hava şəraitinin təsirlərindən qorumaq üçün enerji saxlayan maddə istehsal etməkdir.

Son xəbərlər

Orphus sistemi