Yuxarı
    Bağlamaq

    Gələn ilin dövlət büdcəsində təhsil sahəsinə ayrılan vəsait artırılıb

    Təhsil xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 10,5 faiz təşkil edəcək və bu da 2015-ci illə müqayisədə 2,4 faiz çoxdur

    Bakı. 14 sentyabr. REPORT.AZ/ 2016-cı ilin dövlət büdcəsində təhsil sahəsinə 1713,5 mln. manat vəsait ayrılıb. Maliyyə Nazirliyindən "Report"a verilən xəbərə görə, həmin xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 10,5 faiz təşkil edəcək. Bu da 2015-ci illə müqayisədə 2,4 faiz çoxdur. 

    Eyni zamanda, təhsil xərcləri üçün ayrılan vəsaitin 940,1 mln. manatı ümumi təhsil xərclərinin, 494,9 mln. manatı təhsil sahəsində digər müəssisə və və tədbirlərin maliyyələşdirilməsi, 157,4 mln. manatı məktəbəqədər təhsil xərclərinin, 37,2 mln. manatı orta ixtisas təhsili xərclərinin, 33,7 mln. manatı ilk peşə ixtisas təhsilinin, 3,6 mln. manatı isə əlavə təhsilin maliyyələşdirilməsinə yönəldiləcək.  

    Layihədə o da qeyd edilib ki, dövlət ümumtəhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları isə orta hesabla 2 dəfə artırılıb. Bu işin tətbiqinə Bakı şəhərində başlanılıb, növbəti ildə respublikanın daha 12 şəhər və rayonunun (Gəncə, Sumqayıt, Şirvan, Abşeron, Hacıqabul, İmişli, Masallı, Xaçmaz, Cəlilabad, Saatlı, Qubadlı və Sabirabadda) dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin həyata keçirilməsi nəzərdə tutulub. Həmin artımların maliyyə təminatı 2016-cı il dövlət büdcəsi layihəsində öz əksini tapıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi