Gələn həftə “düşən ulduz” axını olacaq

Gələn həftə “düşən ulduz” axını olacaq Ayın parlaq işığı meteoritlərin bir hissəsini görməyə mane olacaq
Elm və təhsil
3 Avqust , 2017 13:03
Gələn həftə “düşən ulduz” axını olacaq

Bakı. 3 avqust. REPORT.AZ/ Avqustun 12-dən 13-nə keçən gecə Perseida meteorit axını maksimal fəallığı ilə seçiləcək. 

AMEA-dan "Report"a verilən məlumata görə, meteorit axını hər il 17 iyul - 24 avqust tarixlərində baş verir. 

Adətən onların fəallığının pik dövrü 9-13 avqust tarixlərinə təsadüf edir. Keçən ildən fərqli olaraq, bu il sakinlər daha az “düşən ulduz” görəcəklər.

Belə ki, ötən il gecə səmasında müşahidə olunan meteoritlərin sayı 200-ə çatmışdısa, bu il orta hesabla saatda 80 meteorit görmək mümkün olacaq. Lakin Ayın parlaq işığı meteoritlərin bir hissəsini görməyə mane olacaq.

Son xəbərlər

Orphus sistemi