Fizika üzrə Nobel mükafatçılarının adları açıqlanıb

Fizika üzrə Nobel mükafatçılarının adları açıqlanıb Mükafatların təqdimat mərasimi dekabrın 10-da Stokholmda keçiriləcək
Elm və təhsil
4 Oktyabr , 2016 14:14
Fizika üzrə Nobel mükafatçılarının adları açıqlanıb

Bakı. 4 oktyabr. REPORT.AZ/ İsveç Kral Akademiyası yanında Fizika üzrə Nobel Komitəsi 2016-ci il üzrə mükafatçıların adlarını açıqlayıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu sahə üzrə mükafata Dankan Xoldeyn, Maykl Kosterlits və Devid Taule layiq görülüb.

Məlumata görə, bu il mükafatçılara 8 milyon İsveç kronu (931 min dollar) veriləcək. 

Mükafatların təqdimat mərasimi dekabrın 10-da İsveçin paytaxtı Stokholm şəhərində keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi